...

Bakıda məktəbdə şagird sinif yoldaşına xəsarət yetirdi - DİN hərəkətə keçdi (YENİLƏNİB)

Hadisə Materials 25 Noyabr 2023 12:48 (UTC +04:00)
Bakıda məktəbdə şagird sinif yoldaşına xəsarət yetirdi - DİN  hərəkətə keçdi (YENİLƏNİB)
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

Bakı şəhəri 75 nömrəli məktəbdə bıçaqlanma olmasına dair yayılan məlumata aydınlıq gətirilib.

Məktəbdən Trend-ə verilən məlumata görə, 24.11.2023-cü il tarixində 7-ci sinifdə təhsil alan 2 şagird arasında (müvafiq səbəblərə görə şagirdlərin adları qeyd olunmur) tənəffüs vaxtı mübahisə yaranıb.

"Mübahisə zamanı şagirdlərdən biri əlindəki naməlum əşya ilə digər məktəblinin qarın nayihəsini cızıb. Məktəb rəhbərliyi tərəfindən dərhal məsələyə müdaxilə edilib. Xəsarət alan şagird məktəbin tibb işçisi tərəfindən yoxlanılıb və ciddi bir xəsarət aşkar olunmayıb.

Daha sonra hər iki şagirdin valideynləri məktəbə dəvət olunaraq onlardan izahat alınıb və akt tərtib edilib. Hər iki şagirdin valideynləri arasında qarşılıqlı anlaşma yaranıb, övladlarına daha ciddi nəzarət edəcəklərini bildiriblər" - deyə qeyd edilib.

xxx

11:55

Sabunçu rayonu ərazisində yerləşən məktəblərin birində şagirdin sinif yoldaşına kəsici alətlə daxilə nüfuz etməyən xəsarət yetirməsi barədə polisə məlumat daxil olub.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib.

Onun sözlərinə görə, məktəblinin xəsarət alması ilə əlaqədar onun valideyni ilə birlikdə təhqiqat təmin edilib, zəruri istintaq hərəkətlərinin aparılması məqsədi ilə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti