...

Tayvan sahillərində 5 bal gücündə zəlzələ baş verib

Hadisə Materials 26 Noyabr 2023 09:09 (UTC +04:00)
Tayvan sahillərində 5 bal gücündə zəlzələ baş verib

Bakı. Trend:

Tayvan adası sahillərində 5,0 bal gücündə zəlzələ qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi deyib.

Məlumata əsasən, yeraltı təkanların episentri Hualyan şəhərindən 85 km şimal-şərqdə olub. Zəlzələnin ocağı 27 km dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti