...

XİN-dən Kamil Zeynallının Rusiyada saxlanılması xəbərinə REAKSİYA

Hadisə Materials 21 Fevral 2024 10:11 (UTC +04:00)
XİN-dən Kamil Zeynallının Rusiyada saxlanılması xəbərinə REAKSİYA
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, tanınmış fitnes məşqçisi Kamil Zeynallı Moskvada saxlanılıb.

Mövzu ilə bağlı Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə Trend-ə bildirib ki, məsələ Rusiyadakı səfirliyimizin nəzarəti altındadır.

"Vətəndaşa müvafiq konsulluq-hüquqi yardım göstərilir. Əlavə məlumat olarsa, bildiriləcək",- deyə o bildirib.

Qeyd edək ki, Kamil Zeynallı Moskvada saxlanılması barədə “Instagram” hesabında məlumat verib. K.Zeynallı Moskvanın Domodedovo hava limanında Bakıya qayıdarkən polis tərəfindən saxlanıldığını və şöbəyə aparıldığını bildirib. O qeyd edib ki, polislər ona Ermənistan tərəfindən beynəlxalq axtarışa verildiyini söyləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti