...

Avtobus sürən yeniyetmənin atası cəzalandırıldı VİDEO)

Hadisə Materials 27 Fevral 2024 11:41 (UTC +04:00)
Avtobus sürən yeniyetmənin atası cəzalandırıldı VİDEO)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Sosial şəbəkələrdə və bir sıra KİV-də “İSUZU” markalı avtobusun azyaşlı tərəfindən idarə olunmasını əks etdirən videogörüntü yayımlanıb.

Trend xəbər verir ki, aparılan araşdırma nəticəsində hadisənin paytaxtın Xəzər rayonunda 15 yaşlı yeniyetmə tərəfindən törədildiyi müəyyən edilib. Baş DYP İdarəsinin əməkdaşları tərəfindən həmin yeniyetmə və atası ilə profilaktik söhbətlər aparılıb. Səhlənkarlığa yol verdiyini etiraf edən valideyn barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Baş DYP İdarəsi azyaşlıların sükan arxasına keçməsinə şərait yaradan valideynlərə müraciət edərək belə yanaşmanın əksər hallarda faciəyə gətirib çıxardığını bir daha xatırladır, gənc nəsli qanunlara və ictimai dəyərlərə hörmət ruhunda tərbiyə etməyə çağırır.

Xəbər lenti

Xəbər lenti