...

Goranboyda ferma yandırıldı: 230 baş xırdabuynuzlu heyvan tələf oldu (FOTO)

Hadisə Materials 21 Mart 2024 10:49 (UTC +04:00)
Goranboyda ferma yandırıldı: 230 baş xırdabuynuzlu heyvan tələf oldu (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Goranboy Rayon Polis Şöbəsinə (RPŞ) fermalardan birində yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən xəbərə görə, hadisə nəticəsində 230 baş xırdabuynuzlu heyvan yanaraq tələf olub. Araşdırmalarla yanğının qəsdən törədildiyi müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yanğın hadisəsinin Gəncə şəhər sakini Məmmədpur Bəhruzun sifarişi əsasında həmyerliləri Allahverdiyev Cavid və Vəliyev Erik tərəfindən qəsdən törədildiyi məlum olub. B.Məmmədpur, C.Allahverdiyev və E.Vəliyev saxlanılaraq istintaqa təhvil veriliblər.

Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti