...

Suriyada terror aktı nəticəsində 10 nəfər həlak olub

Hadisə Materials 31 Mart 2024 05:32 (UTC +04:00)
Suriyada terror aktı nəticəsində 10 nəfər həlak olub

Bakı. Trend:

Suriyanın şimalındakı Aazaz şəhərində bazar meydanında bomba yüklü avtomobilin partladılması nəticəsində azı 10 nəfər həlak olub.

Trend-in məlumatına görə, bu barədə "Al Mayadeen" televiziya kanalı xəbər verib.

Xilasedicilər dağıntıları təmizləməyə davam etdikcə mülki vətəndaşlar da daxil olmaqla ölənlərin sayı arta bilər. Yanğınsöndürmə briqadaları hadisə yerindədir.

23 nəfər yaralanıb və yerli xəstəxanaya yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti