Bakı. Trend:
Gəncədə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Trend xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.
Belə ki, hərəkərdə olan iki "VAZ" markalı minik maşınları toqquşub. Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.