...

Kürün sahilindən kişi meyiti tapılıb

Hadisə Materials 5 Aprel 2024 10:03 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Kür çayının Neftçala rayonu Ərəbqardaşbəyli kəndindən keçən hissəsində çayın sahilində naməlum kişi meyiti tapılıb.

Trend xəbər verir ki, ilkin araşdırma zamanı müəyyən edilib ki, naməlum kişi meyiti - 1957-ci il təvəllüdlü Salyan şəhər sakini Süleymanov Hüseyn İsrafil oğludur və o, 02.03.2024-cü il tarixdə yaşadığı ünvandan çıxaraq bir daha geri qayıtmayıb.

İtkin düşdüyü üçün, barəsində Salyan RPŞ-də 13.03.2024-cü il tarixdə axtarış işi açılıb. Hüseyn Süleymanovun uzun müddət vərəm xəstəliyindən əziyyət çəkməsi müəyyən edilib.

Xəbər lenti

Xəbər lenti