...

Bakıda kişi qaynını bıçaqladı

Hadisə Materials 10 İyun 2024 09:33 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində kişi qaynını bıçaqlayıb.

Trend xəbər verir ki, qəsəbə sakini, 1984-cü il təvəllüdlü İlkin Məmmədov münaqişə zəminində qaynı Sərxan Namazova bıçaqla xəsarətlər yetirib.

Yaralı xəstəxanaya yerləşdirilib, hadisəni törədən şəxs tutulub.

Faktla bağlı cinayət işi başlanılıb.

Xəbər lenti

Xəbər lenti