...

Bakıda binada lift qırılıb: xəsarət alanlar var

Hadisə Materials 23 İyun 2024 19:12 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda çoxmərtəbəli yaşayış binalarının birində liftin trosu qırılıb.

Bu barədə Trend-ə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, paytaxtın Nərimanov rayonu, A.Nematulla küçəsi ərazisindən liftin qırılması səbəbilə çağırış daxil olub. Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası cəlb edilib. 5 nəfər (qadın cinsli) şəxs xəsarət alıb. Xəsarət alanlar Təcili tibbi yardım briqadası tərəfindən müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti