...

Ağdamda çətənə bitkisinin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb

Hadisə Materials 20 İyul 2024 12:58 (UTC +04:00)
Ağdamda çətənə bitkisinin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağdam. Trend:

Ağdamda çətənə bitkisinin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində çətənə bitkisinin kultivasiyasını təşkil etməkdə şübhəli bilinən rayon sakini Elvin Hüseynov saxlanılıb.

Onun həyətyanı sahəsində aparılan axtarış zamanı dibçəklərdə aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi 17 ədəd çətənə bitkisi və eləcə də, marixuana aşkar edilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Xəbər lenti

Xəbər lenti