Bakı. Trend:
Gürcüstan ərazisində zəlzələ qeydə alınıb.
Bu barədə Trend-ə Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
"Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Gürcüstan ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ Azərbaycanın sərhəd rayonlarında, Ağstafa, Tovuz, Balakən, Zaqatala, Gəncə, Gədəbəy və digər rayonlarda 4-3 bala qədər hiss olunub", - məlumatda qeyd edilib.