...

Goranboyda sel sularının yaratdığı çətinlik aradan qaldırıldı

Hadisə Materials 30 İyul 2024 16:00 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən gün intensiv yağıntılar nəticəsində yaranmış güclü sel suları Goranboy rayonunun Azad-Dəyirmanlar-Bağçakürd avtomobil yolunun təqribən 1-ci kilometrində yol təsərrüfatına ziyan vurub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə bildirilib ki, sel suları nəticəsində avtonəqliyyat vasitələrinin hərəkəti çətinləşib, yol çiyinləri yuyulub.

Əraziyə dərhal agentliyin xüsusi texnikaları və canlı qüvvəsi cəlb olunub, ərazidə əlavə təhlükəsizlik tədbirləri görülərək qısa müddət ərzində hərəkətin fasiləsizliyi təmin olunub.

Hazırda təbii fəlakət nəticəsində dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti