Bakı. Trend:
Çimərkən batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Mingəçevir” və “Nardaran” sularda xilasetmə məntəqələrinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub.