Bakı. Trend:
Bu gün və qarşıdakı günlərdə G1 (zəif) - G3 (güclü) səviyyəli geomaqnit qasırğası gözlənilir.
Trend-in məlumatına görə, bu barədə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.
Bildirilib ki, 16-22 sentyabr tarixlərini əhatə edən proqnoz günlərində C sinif alışmanın baş vermə ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş vermə ehtimalı 55%, X (R3) sinif alışmanın baş vermə ehtimalı isə 15% təşkil edir.