Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətinin verdiyi məlumata görə, Nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu ərazisində təkər və məişət tullantılarının yanması ilə bağlı ilkin məlumat daxil olub.
Trend xəbər verir ki, əlumatın alınması ilə əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.
Yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb. Hadisə ilə bağlı əlavə məlumat veriləcək.