Bakı. Trend:
“Sərin” şadlıq evində mənşəyi məlum olmayan məhsullar aşkarlandı.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, Nizami rayonu, Babək prospekti 76 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Dadaşov Eldar Ağa Zəki oğluna məxsus “Sərin” şadlıq evində AQTA əməkdaşları yoxlama keçirib.
"Baxış zamanı obyektdə sanitar-texniki və sanitar-gigiyenik
tələblərin pozulduğu, temperatur rejiminə əməl edilmədiyi, həmçinin
mənşəyi məlum olmayan heyvan mənşəli məhsulların istehlaka təqdim
edildiyi aşkarlanıb. Emal edilmiş məhsullardan və ətlərdən
nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilməklə
qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb.
Araşdırmalar davam etdirilir",- deyə məlumatda qeyd edilib.