...

Üç hərbi qulluqçunu qətlə yetirməkdə təqsirləndirilən Elxan Əvəzlinin kassasiya şikayəti təmin edilməyib

Hadisə Materials 12 Mart 2025 11:17 (UTC +04:00)
Üç hərbi qulluqçunu qətlə yetirməkdə təqsirləndirilən Elxan Əvəzlinin kassasiya şikayəti təmin edilməyib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Üç hərbi qulluqçunu qətlə yetirməkdə təqsirləndirilən kiçik çavuş Elxan Əvəzli barəsində olan hökmdən kassasiya şikayəti verib.

Trend-in məlumatına görə, Ali Məhkəmədə hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə şikayətə baxılıb və qərar qəbul olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

Xatırladaq ki, Füzuli Hərbi Məhkəməsinin hökmünə əsasən, Elxan Əvəzli ömürlük azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2022-ci il 2 yanvarda baş verib. Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarında kiçik çavuş rütbəsində xidmət edən Əvəzli Elxan öz xidməti silahından atəş açmaqla xidmət etdiyi sərhəd zastavasının hərbi qulluqçuları baş leytenant İsmayılov Yusif İsmayıl oğlunu, kiçik gizir Cəlilzadə Amil Fuar oğlunu və kiçik gizir İbrahimov Rəfail Natiq oğlunu qəsdən öldürüb, daha sonra silahını ataraq hadisə yerindən qaçıb.

Keçirilən əməliyyat-axtarışlar nəticəsində o, 3 yanvar tarixində Laçın rayonunda saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti