...

Xızıda prokurorun düşdüyü qəzada xəsarət alanların vəziyyəti AÇIQLANDI

Hadisə Materials 17 Mart 2025 14:54 (UTC +04:00)
Xızıda prokurorun düşdüyü qəzada xəsarət alanların vəziyyəti AÇIQLANDI
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Xızı rayonu ərazisində “Niva” və “Toyota Camry” markalı avtomobillərin toqquşması nəticəsində xəsarət alan hər iki avtomobilin sürücüsü, o cümlədən “Toyota Camry” markalı avtomobilin içərisində sərnişin qismində olmuş Xızı rayon prokuroru Xəyalə Aslanova saat 10:30 radələrində Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına müxtəlif bədən xəsarətləri ilə hospitalizasiya olunublar.

Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

"Onlardan iki nəfər daha ixtisaslı tibbi xidmət almaq üçün Bakıdakı tibb müəssisəsinə təxliyə olunub. Xəsarət alanların hər birinin hazırda ətraflı diaqnostik müayinələri aparılır", - deyə TƏBİB-dən bildirilib.

Qeyd edək ki, bu gün saat 09 radələrində Xızı rayonu ərazisində “Niva” və “Toyota Camry” markalı avtomobillərin toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü, o cümlədən, “Toyota Camry” markalı avtomobilin içərisində sərnişin qismində olmuş Xızı rayon prokuroru Xəyalə Aslanova müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti