Bakı. Trend:
Goranboyda 17 yaşlı qızına bıçaqla xəsarət yetirən ata saxlanılıb.
Trend-in əldə etdiyi məlumata görə, Goranboy rayon polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən ata 1979-cu il təvəllüdlü Rafiq Cəfərov saxlanılıb.
Araşdırmalar davam etdirilir.
Qeyd edək ki, qızın atası ruhi əsəb dispanserində qeydiyyatdadır.