Bakı. Trend:
Gəncədə sirkə turşusundan zəhərlənən gənc qız xəstəxanada ölüb.
Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd Trend-ə bildirib ki, 26 mart 2025-ci il tarixində 2004-cü il təvəllüdlü (qadın cinsli) şəxs ağır dərəcəli sirkə turşusu zəhərlənməsi, ekzotoksiki şok diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.
"Həkimlər tərəfindən həyata keçirilən bütün zəruri tədbirlərə baxmayaraq, kəskin ağırlıq dərəcəsi və yüksək toksiki doza səbəbindən xəstənin həyatını xilas etmək mümkün olmayıb",- deyə o əlavə edib.