...

Goranboyda açıq ərazidə yanğın olub (VİDEO)

Hadisə Materials 14 Aprel 2025 09:59 (UTC +04:00)
Goranboyda açıq ərazidə yanğın olub (VİDEO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Goranboy rayonunun Gülməmmədli və Ucar rayonunun Qazıqumlaq kəndlərində açıq ərazidə yanğın baş verib.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, “112” qaynar telefon xəttinə Goranboy rayonunun Gülməmmədli və Ucar rayonunun Qazıqumlaq kəndlərində açıq ərazidə yanğın baş verməsi barədə məlumatlar daxil olub.

"Məlumatlarla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq olaraq Goranboy və Ucar rayon Yanğından Mühafizə hissələrinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğınlar genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub", - məlumatda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti