...

Buzovnada dənizdə batan şəxsin meyiti tapılıb (YENİLƏNİB)

Hadisə Materials 23 İyul 2025 21:28 (UTC +04:00)
Buzovnada dənizdə batan şəxsin meyiti tapılıb (YENİLƏNİB)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 1 km aralı, nəzarətsiz ərazi) batan 1 nəfərin axtarışları başa çatıb.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Batan şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

XXX

19:26

Buzovnada dənizdə bir nəfər batıb.

Trend FHN-ə istinasən xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Bildirilir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində dənizdə 1 nəfərin batması barədə məlumat daxil olub.

Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti