...

Bakı-Sumqayıt şosesində avtobusda baş verən yanğın söndürülüb (YENİLƏNİB)

Hadisə Materials 24 Dekabr 2025 13:45 (UTC +04:00)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı-Sumqayıt şosesinin Abşeron rayonu, Saray qəsəbəsindən keçən hissəsində avtobusda yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Trend-ə FHN-dən məlumat verilib.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən avtobusda baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Xəsarət alan yoxdur.

xxx
13:45

Bakı-Sumqayıt şosesində 9 nömrəli avtobus yanır.

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, 112 qaynar telefon xəttinə Abşeron rayonu, Bakı-Sumqayıt şosesində Saray postu yaxınlığında avtobusda yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti