Bakı. Trend:
Ötən həftə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında 231 yanğına çıxış, 36 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilir ki, ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 6-sı azyaşlı olmaqla 37 nəfər xilas edilib, 8 nəfər xəsarət alıb, 17 nəfər təxliyə olunub, hadisələr zamanı 8 nəfər həyatını itirib.
