...

Ağdamda minanın partlaması nəticəsində iki nəfər yaralanıb

Hadisə Materials 5 Dekabr 2005 14:01 (UTC +04:00)

2005-ci il dekabrın 5-də Azərbaycan Respublikasının Ağdam rayonu ərazisində minanın partlaması nəticəsində Çəmənli kəndinin iki sakini - 26 yaşlı Rövşən Bayramov və 16 yaşlı Emin Bayramov əkin zamanı yaralanıb. Bu barədə Trend ə Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən məlumat verilib (ANAMA).

Nəticədə traktor sıradan çıxıb, zərərçəkənlər isə rayon xəstəxanasına çatdırılıb. Məlumata görə, Rövşən Bayramov müayinədən sonra evə buraxılıb.

Xəbər lenti

Xəbər lenti