Yanvarın 22-də daxili işlər orqanları tərəfindən 23 cinayət faktı qeydə alınıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Məlumatda göstərilir ki, həmin cinayət faktlarından 17-nin üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 1 nəfər həbs edilərək istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 4 yol hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 4 nəfərsə yaralanıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz narkotiklərlə əlaqəli 11, silah-sursatla əlaqəli 4 fakt müəyyən edilib. Cinayət törətdiyinə görə 20 nəfər həbs edilib.