...

Xəyal" şirkətinin sahibinin ölüm faktı ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi qaldırılıb

Hadisə Materials 10 Fevral 2006 15:40 (UTC +04:00)

"Xəyal" şirkətinin sahibi Fikrət Rəcəbovun ölüm faktı ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi qaldırılıb. Bu barədə Trend ə Sabunçu rayon prokuroru Ceyhun Şirinov məlumat verib.

Fikrət Rəcəbovun asılmış vəziyyətdə meyiti fevralın 9-da axşam saat 21.00 radələrində mərhuma məxsus olan və Ləhiş bağ massivində yerləşən bağ evində aşkar edilib. Fakt intihar versiyası üzrə araşdırılır. Lakin bununla yanaşı istintaqçılar digər versiyalar üzərnidə də işləyirlər. Həmin bağ evində gözətçi işləyən və axşam saatlarında meyiti ilk aşkar etmiş şəxsin izahatı alınıb. Meyitin üzərində keçirilmiş ekspertiza müayinəsi zamanı heç bir xəsarət aşkar edilməyib. Yalnız boğaz nahiyəsində özünü asarkən istifadə etdiyi avtomobil təhlükəsizlik kəmərinin izləri müəyyən edilib.

İstintaq işi Sabunçu raoyn Prokurorluğunun müstəntiqi İlqar Hacızadənin icraatındadır. Hazırda ölümün səbəbləri araşdırılır və mərhumun ailə üzvlərinin izahatları alınır. İstintaqçılar intihara səbəbin Fikrət Rəcəbovun son vaxtlar səhhətində yaranmış problemlərin olduğunu da istisna etmirlər.

Xəbər lenti

Xəbər lenti