...

Rusiya bazarında baş vermiş hadisəylə əlaqədar Azərbaycanın diaspor qurumları və səfirliyi operativ qərargah yaradıb

Hadisə Materials 23 Fevral 2006 13:22 (UTC +04:00)

Rusiyanın Bauman Bazarında tavanın uçması nəticəsində baş vermiş faciə ilə əlaqədar Üumumrusiya Azərbaycanlıları Konqresi, Azərbaycanlıların Federal Milli Mənədi Muxtariyyəti və Azərbaycanın Rusiyadakı səfirliyi birlikdə Moskvada operativ qərargah yaradıblar. Bu barədə Trend ə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Mikayıl Hüseynov məlumat verib.

Dövlət Komitəsinin Rusiya üzrə əməkdaşı M.Hüseynov bildirib ki, hadisə baş verəndən dərhal sonra Rusiyadakı Azərbaycan diaspor qurumları və səfirliklə əlaqə yaradıblar. Dövlət Komitəsinə verilən məlumata görə, faciənin baş vermə səbəbi 70-ci illərdə tikilmiş Bauman bazarının metal-beton örtüyünün üzərinə sulu qarın yağması ilə izah olunur. Mikayıl Hüseynov bildirib ki, hadisə nəticəsində ölənlər və yaralananlar arasında azərbaycanlılar da var. Onun sözlərinə görə, ölən və yaralanan şəxslərin kimliklərinin araşdırılması işi davam edir, ona görə də bu barədə dəqiq rəqəmlər hələ ki yoxdur. Moskava merinin tapşırığı ilə ölənlərin vətənlərinə göndərilməsi işləri həyata keçirilir.

Mikayıl Hüseynov deyib ki, Rusiyanın hüquq-mühafizə orqanları hadisənin baş vermə səbəbi ilə əlaqədar bütün ehtimal olunan versiyalar üzərində iş aparır. Hadisənin araşdırılması və nəticələrinin aradan qaldırılması ilə bağlı Rusiyanın Fövqəadə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi və digər rəsmi qurumlar da məşğuldur.

M.Hüseynovun sözlərinə görə, Dövlət Komitəsi də azərbaycanlılarla bağlı bütün qüvvələrin hadisə yerinə cəlb olunması üçün lazımi tədbirləri görür.

Xəbər lenti

Xəbər lenti