İyulun 26-da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin əməkdaşı, polis mayoru Fərqanə Vaqif qızı Şərifovanın mobil telefonu və xidməti vəsiqəsi oğurlanıb. Bu barədə Trend ə Bakı şəhəri, Nəsimi rayonu Polis İdarəsinin 20-ci şöbəsinin rəisi Yaşar Həsənov məlumat verib.
Rəisin sözlərinə görə, hələlik şəxsiyyəti müəyyən edilməmiş oğrular M.Nağıyev adına Təcili Tibbi Yardım Xəstəxanasının həyətində dayanmış F.Şəriovaya məxsus "Nissan" markalı avtomobildə axtarış aparsalar da, əllərinə mobil telefondan və xidməti vəsiqədən başqa heç bir şey keçməyib.
Cinayətkarların şəxsiyyətinin müəyyənləşdirilməsi və həbs edilməsi istiqamətində tədbirlər görülür.