...

Hacıqabulda mazut vaqonlarının aşdığı ərazidə təkrar ekspertiza keçirilib

Hadisə Materials 29 İyul 2006 12:21 (UTC +04:00)

[RH] PROİSŞESTVİƏ - otkrıto

Hacıqabulda mazut vaqonlarının aşdığı ərazidə təkrar ekspertiza keçirilib. Bu barədə Trend ə Gəncə Şəhər Prokurorluğunun müstəntiqi Fazil Hüseynov məlumat verib.

"Təkrar ekspertizanın nəticəsi yaxın bir neçə gün ərzində bəlli olacaq. Mazut vaqonlarının aşması ilə əlaqədar qara qutunun öyrənilməsi də başa çatıb.

Qara qutu Dəmiryol İdarəsi tərəfindən öyrənlib və hadisə zamanı qatarın sürətinin yüksək olması müəyyən edilməyib" - deyə F.Hüseynov bildirib.

F.Hüseynov həmçinin qeyd edib ki, faktla əlaqədar araşdırma paralel olaraq Dövlət Dəmiryolu İdarəsində də aparılır. Dəmiryolu İdarəsində aparılan araşdırmalar zamanı toplanan məlumatlar Gəncə Şəhər Prokurorluğuna təqdim olunub.

"Qatarın yüksək sürətlə hərəkət etməməsi maşinistin məsuliyyətini azaldan amillərdəndir. Təkrar ekspertizanın rəyi hələlik istintaqa təqdim olunmadığından cinayət işi başlanmasından söhbət gedə bilməz"- deyə müstəntiq vurğulayıb.

Qeyd edək ki, iyunun 5-də Hacıqabul ərazisindəki Muğan stansiyasında M-40 markalı 2646 saylı 14 mazut yüklü vaqondan ibarət qatarın aşması nəticəsində 3 nəfər xəsarət alıb, ərazi mazutla çirklənsə də, tezliklə ərazidə təmizlik işləri aparılaraq çirklənmə aradan qaldırılıb.

Xəbər lenti

Xəbər lenti