Dünən Daşkəsən rayonunun Quşçu və Şadax kəndəlri ərazisində güclü yağış yağaraq leysan əmələ gətirib. Trend in qərb börosu bildirir ki, leysan 20-yə yaxın ailəyə ziyan vurub.
Qeyd edək ki, Şadax kəndində Kəlbəcər rayonundan olan qaçqınlar məskunlaşıblar. Zərərçəkənlər bildirib ki, leysan ilk növbədə onların kənd təsərrüfatlarına ziyan vurub. Demək olar ki, əkin sahələri suyun altında qalaraq tamamilə yararsız hala düşüb. Bir neçə iri və xırda buynuzlu mal-qara və toyuq-cücəni sel aparıb.
Fövqəlada hallar Nazirliyinin nümayəndəsi Cavanşir Qocayev hadisə yerində olub. O bildirib ki, hazırda kənd sakinlərinə dəymiş ziyan müəyyənləşdirilir.