...

Bərdədə yol nəqliyyət hadisəsində 1 nəfər ölüb, 7 nəfər yaralanıb

Hadisə Materials 8 Yanvar 2007 12:29 (UTC +04:00)

Yevlax-Ağcabədi avtomobil yolunun 35-ci km-də Bərdə rayonunun Nihzalıbəyli kəndinin ərazisində Əliyev Elnurun idarə etdiyi 10 FM 961 dövlət nişanlı 09 markalı avtomobil Adıgözəlov Şükürün idarə etdiyi 10 NH 069 dövlət nişanlı 099 markalı avtomobillə toqquşub. Nəticədə 09 markalı avtomobildə sərnişin qismində olan 40 yaşlı Muradova Kəmalə Mustafa qızı hadisə yerində keçinib, 7 nəfər yaralanıb. Bunlar 1994-ci ildə anadan olmuş Mustafazadə Gülnar, 1983-ci il təvəllüdlü Orucova Şəbnəm, 21 yaşlı Əliyeva Turanə, 1972-ci il təvəllüdlü Adıgözalova Seyran və 41 yaşlı Məmmədova Rəfiyədir. Yaralılar müxtəlif bədən xəsarəti ilə Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Mərkəzi Xəstəxananın travmotologiya şöbəsindən Trend in bölgə müxbirinə verilən məlumata görə yaralıların vəziyyəti orta ağırlıqlıdır. Bərdə Rayon Dövlət Yol İdarəsinin rəisi Elçin Əliyevin verdiyi məlumata görə, hadisəyə səbəb ilkin versiya kimi yüksək sürətdir. Hadisə ilə bağlı Bərdə Rayon Polis şöbəsində araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti