...

FHN: Neftçilər prospekti 87 ünvanda baş vermiş yanğının səbəbləri araşdırılır

Hadisə Materials 12 Yanvar 2007 18:53 (UTC +04:00)

Yanvarın 12-də Bakı şəhəri, Səbail rayonu Neftçilər prospekti 87, mənzil 24 -də baş vermiş yanğının səbəbləri araşdırılır. Bu barədə Trend ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

FHN-dən bildirilib ki, yanğınla bağlı "112 zəng mərkəzi"nə saat 14:21 - də məlumat daxil olub. Yanğınsöndürən maşınlar saat 14:26 - da hadisə yerinə çatıb. Yanğın saat 15:00 - da söndürülüb.

Yanğın nəticəsində işsiz, 1983 - cü il təvəllüdlü Nəcəfova Kamilla Fikrət qızına məxsus ümumi sahəsi 50 kv.m. olan 2 otaqlı mənzilin yanar konstruksiyaları və ev əşyaları 35 kv.m. sahədə yanıb. Yanğından mənzilin mətbəxi, dəhlizi və bitişik mənzillər mühafizə olunub. Dəyən ziyan müəyyənləşdirilir.

Xəbər lenti

Xəbər lenti