...

Dəm qazından boğulanların cəsədləri tapılıb

Hadisə Materials 25 Yanvar 2007 14:02 (UTC +04:00)

Yanvarın 24-dən 25-nə keçən gecə Bakı şəhəri, Xətai rayonu İ.İsmayılov küçəsində yaşayan Rizvan Bədirxanovla Mənzər Bədirxanova dəm qazından boğulublar. Səhər saatlarında hər ikisinin cəsədləri aşkar edilib.

Lənkəran şəhəri H.Abdullayev küçəsində yaşayan Əflatun Məmmədova məxsus mənzildə isə təbii qazın sızmasından partlayış baş verib. Nəticədə həmin mənzildə kirayədə yaşayan Anar Əliyev ağır dərəcəli xəsarətlər alaraq xəstəxanaya çatdırılıb.

Hər iki faktla əlaqədar araşdırmalar aparılır.

Xəbər lenti

Xəbər lenti