...

Azərbaycanın Xanlar rayonunda silah-sursat aşkarlanıb

Hadisə Materials 14 Mart 2007 18:38 (UTC +04:00)

Azərbaycan, Gəncə/ Trend müxbir V.Məmmədov/ Xanlar rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində silah-sursat aşkarlanıb. Bu barədə polis idarəsinin rəisi Məhərrəm Quliyev məlumat verib.

Onun sözlərinə görə, idarəyə daxil olan ananim zəng nəticəsində Xanların Topalasanlı kəndi yaxınlıgında daş karxanasına gedən yolda qaratikan kolunun içərisindən silah-sursat tapılıb. Silah-sursata 1 AKA-74 markalı avtomat silah, 2 TOZ-8 markalı tüfəng, 2 lüləsi kəsik tüfəng, 9 F 1 və RQD markalı əl qumbarası, 3 iri çarxlı silah, 8 avtomat sandıqçası və külli miqdarda avtomat güllələri daxildir. Məhərrəm Quliyev bildirib ki, tapılan silah-sursat polis əməkdaşları tərəfindən qeydiyyata alınıb.

Xəbər lenti

Xəbər lenti