...

Azərbaycanın şimal bölgəsində zəlzələ olub

Hadisə Materials 29 Mart 2007 11:22 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir Trend E. Hüseynli/Dünən gecə saat 23:13 radələrində mərkəzi episentri Qubadan şimal-şərq ərazisində zəlzələ olub. Zəlzələ Qubada 3, Xaçmazda 2,5, Xudatda isə 1,5 bal gücündə hiss olunub. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktorunun müavini Qurban Yetirmişli məlumat verib. Yetirmişli bildirib ki, Azərbaycanın lokal zəlzələ ocaqlarında aktivlik hiss olunur. Ancaq bu, təbii prosesdir. Onun sözlərinə görə, bu il 6 hiss olunan zəlzələ qeydə alınıb. Onlardan üçü martın sonlarına təsadüf edir. Martda bu zəlzələlər Şəki, Lənkəran və Quba-Xaçmaz zonalarında baş verib. Qalan iki hiss olunan zəlzələ yanvarda Xudat, Xaçmaz və Yardımlıda, biri isə fevralda Lənkəranda qeydə alınıb.

Bu il ümumilikdə, Azərbaycan ərazisində 200-dən artıq xırda yeraltı təkan və zəlzələ qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti