...

Xalq şairi Qabil dünyasını dəyişib

Hadisə Materials 4 Aprel 2007 11:27 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Xalq şairi, əməkdar incəsənət xadimi Qabil bazar ertəsi gecə saatlarında vəfat edib. 81 yaşlı şairin ürək çatışmazlığından dünyasını dəyişdiyi bildirilir.

Qabil İmamverdiyev 1926-cı il avqustun 12-də Bakıda anadan olub. 1948-ci ildə indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin dil-ədəbiyyat fakültəsini, 1956-cı ildə Moskvada ali ədəbiyyat kursunu bitirib.

Müxtəlif ədəbi-bədii qəzet və jurnallarda, Televiziya və Radio Verilişləri Komitəsində çalışıb. "Səhər açılır" adlı ilk şerlər kitabı 1950-ci ildə nəşr edilib.

Ötən il avqustun 11-də Qabil Azərbaycanın ən ali dövlət mükafatı olan "İstiqlal" ordeni ilə təltif olunub. Dövlət mükafatı laureatı olan Qabil "Şöhrət" ordeni də alıb.

Şairin I Fəxri Xiyabanda dəfn olunması gözlənilir.

Allah rəhmət eləsin!

Xəbər lenti

Xəbər lenti