Azərbaycan,Bakı/müxbir Trend S.Ağayeva/Yaltadakı "Dinamo" kafesində baş vermiş partlayış nəticəsində xəsarət almış azərbaycanlıların səhhəti tədricən normallaşır, onlar sağalmağa doğru gedir. Bu barədə Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev məlumat verib.
Onun sözlərinə görə, xəsarət alan beş nəfər mərkəzi xəstəxanada həkimlərin nəzarəti altındadır, onların tezliklə sağalması üçün bütün mümkün tədbirlər həyata keçirilir. Yaxın vaxtlarda onlar xəstəxanadan evə yazılacaq, deyə səfir qeyd edib.
Kafedə qaz balonunun partlayışı nəticəsində xəsarət alan azərbaycanlıların şəxsiyyətləri artıq müəyyən olunub. Bunlar Əziz Balazadə, Sevda Balayeva, Emil Kərimov, Rəşad Balayev və Etovan Tağıyevdir.