...

Azərbaycanın Quba Elektrik Şəbəkəsinin əməkdaşını cərəyan vurub

Hadisə Materials 24 Aprel 2007 17:39 (UTC +04:00)

Azərbaycan, Quba / Trend müxbir A.Qafarov/ Quba rayonunun Qaraçay kəndi yaxınlığında Nüqədi kənd sakini, Quba Elektrik Şəbəkəsinin əməkdaşı, 42 yaşlı Şahhüseyn Hüseyn oğlu Hüseynovu bu gün yüksək gərginlikli elektrik dirəyində təmir işləri apararkən cərəyan vurub. Hüseynov hadisə yerində keçinib. Quba rayon Prokurorluğundan çərşənbə axşamı bildiriblər ki, ilkin versiyaya görə, hadisənin baş verməsinə səbəb ehtiyatsızlıq olub. Faktla bağlı Quba rayon Prokurorluğunda araşdırma aparılır.

Azərbaycanın Quba şəhəri paytaxt Bakıdan 200 kilometr şimalda yerləşir.

Xəbər lenti

Xəbər lenti