...

Qırmızı Körpü Sərhəd Məntəqəsində silahlı insident zamanı iki əskər yaralanıb

Hadisə Materials 26 Aprel 2007 16:13 (UTC +04:00)

Azərbaycan, Qazax / Trend müxbir M.Göyüşoğlu / Qırmızı Körpü sərhəd məntəqəsində bu gün günorta saatlarında silahlı insident baş verib. Hadisə yerindən Trend in bölgə müxbirinin verdiyi məlumata görə, silahlı insidentə səbəb Bakıdan gələn iş adamlarının ərazidəki bazarı öz mülkiyyətinə keçirmək cəhdi olub.

Qazaxın II Şıxlı kəndinin əhalisi isə bazarın alınmasına etiraz edib. İnsidentə sərhəd xidmətinin əsgərləri müdaxilə edib. Nəticədə sərhəd xidmətinin iki əsgəri yaralanıb.

Qazax şəhər Mərkəzi Xəstəxanasından bildiriblər ki, əsgərlər saat 14:30 radələrində xəstəxanada qeydiyyatdan keçib və hazırda əməliyyat olunurlar.

Xəbər lenti

Xəbər lenti