...

Xəzər dənizində iki nəfərin meyiti tapılıb

Hadisə Materials 11 May 2007 15:21 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycanın paytaxtı Bakı şəhərinin Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində, dənizdə, qəsəbə sakinləri Vüsal Məmmədov və Elçin Əliyevin meyitləri tapılıb. Bu barədə cümə günü Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Polis əməkdaşlarının apardığı araşdırmalardan məlum olub ki, onlar aprelin 14-də rezin qayıqla balıq ovuna çıxıblar.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğu tərəfindən araşdırmalar aparılır.

Xəbər lenti

Xəbər lenti