...

Bakıda daha bir çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Hadisə Materials 23 May 2007 12:42 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Azərbaycanda daha bir çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, yanğın hadisəsi mayın 22-si axşam saatlarında Bakı şəhərinin Nərimanov rayonunda, Nəsibbəy Yusifbəyli küçəsi 43-də, 9 mərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində baş verib.

Yanğın nəticəsində Məmmədov Abbasa məxsus üç otaqlı mənzilin yanar konstruksiyaları və ev əşyaları, Balacaxanım Şahmuradəyə məxsus 3 otaqlı mənzilin 2 otağının yanar konstruksiyaları və ev əşyaları yanıb. Yanğının söndürülməsi zamanı təhlükəli zonadan 40 nəfər sakin təhlükəsiz sahəyə təxliyyə olunub, 9-cu mərtəbədə yaşayan İsgəndərova Sevda yanğınsöndürənlər tərərfindən xilas edilib. Dəyən ziyan müəyyənləşdirilir.

Xəbər lenti

Xəbər lenti