...

Bərdəyə düşən dolu kənd təsərrüfatına və yaşayış binalarına ziyan vurub

Hadisə Materials 4 İyun 2007 11:58 (UTC +04:00)

Azərbaycan, Bərdə / Trend müxbir Ş.Cəliloğlu/ Bərdənin Quləhmədli və ətraf kəndlərinə dünən axşam saatlarında dolu düşüb. Trend in bölgə müxbirinin verdiyi məlumata görə, 10 dəqiqəyə yaxın yağan dolu kənd təsərrüfatına, fərdi yaşayış evlərinin dam ötrtüyünə və avtomobillərə ziyan vurub, kənd təsərrüfatında pambıq və taxıl məhsullarını məhv edib.

Yaranmış fövqəladə hadisə ilə bağlı bu gün Bərdə rayon İcra Hakimiyyəti sözügedən ərazilərə komissiya qöndərib. Hadisə ilə bağlı araşdırmalar aparılır və dəyən ziyanın məbləği müəyyənləşdirilir.

Bərdə paytaxt Bakıdan 370 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti