...

Bakıda çoxmərtəbəli binada yanğın olub

Hadisə Materials 18 İyun 2007 12:38 (UTC +04:00)
Bakıda çoxmərtəbəli binada yanğın olub

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ İyunun 18-nə keçən gecə Nəsimi rayonu ərazisində tikinti işləri aparılan çoxmərtəbəli binada yanğın baş verib. Bu barədə bazar ertəsi "Xalq jurnalisti" layihəsi çərçivəsində daxil olan məlumata görə, tikilidə yanğın gecə 00.14-də başlayıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Nəsimi Yanğından Mühafizə Şöbəsindən bazar ertəsi bildiriblər ki, rayonun Feyzulla Qasımzadə küçəsi, 21 ünvanında çoxmərtəbəli tikilinin 8-9-cu mərtəbələrində yanğın olub. Yanğın nəticəsində 4600 kvadratmetr sahədə taxta qəliblər yanıb. Yanğının söndürülməsi zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti