Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Gəncə şəhərində hərbi xidmətdən yeni qayıdan oğul anasını öldürüb. Gəncə Şəhər Prokurorluğundan cümə axşamı Trend ə verilən məlumata görə, Rəşad Böyükkişiyev yaşadığı Həsən Əliyev küçəsi, 1-ci döngə, 17 saylı evdə anası Flora Böyükkişiyevanı bıçaqla qətlə yetirib. Böyükkişiyev hərbi xidmətdən 15 gün əvvəl qayıdıb. Hadisədən sonra Böyükkişiyev könüllü polisə təslim olub. Hadisənin qısqanclıq zəmnində baş verdiyi bildirilir.
Onun barəsində Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.