...

Güclü külək və dolu düşməsi nəticəsində Şəkinin bir sıra kəndlərinə ciddi ziyan dəyib

Hadisə Materials 30 İyul 2007 14:04 (UTC +04:00)

Azərbaycan, Şəki / Trend , müxbir E.Quliyev/ Güclü külək və dolu düşməsi nəticəsində Şəkinin bir sıra kəndlərinə ciddi ziyan dəyib. Şəki şəhərinin mərkəzindən 80 kilometr məsafədə yerləşən Sarica qəsəbəsi və Qarabaş kəndində qeyri-sabit hava şəraiti nəticəsində 36 evin dam örtüyü tamamilə sıradan çıxıb.

Şəki İcra Hakimiyyətinin Ərazi İdarəetmə Şöbəsinin müdiri Firqət Məmmədov bazar ertəsi bildirib ki, baş vermiş təbii fəalkətin nəticələrinin aradan qaldırılması üçün tədbirlər görülür və əhaliyə dəymiş ziyan aktlaşdırılaraq Fövqəladə Hallar Nazirliyinə (FHN) təqdim olunacaq.

Dəyən ziyanın miqdarı hazırda hesablanır. Hadisə bazar günü axşam saatlarında baş verib.

Şəki paytaxt Bakıdan 320 kilometr şimal-qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti