...

Bakıda dörd nəfər ailə üzvünün ölümü ilə nəticələnən yol qəzası baş verib

Hadisə Materials 23 Avqust 2007 12:52 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Bakının Pirallahı qəsəbəsində çərşənbə günü axşam saatlarında dörd ailə üzvünün ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən cümə axşamı bildiriblər ki, çərşənbə günü axşam 20.00 radələrində Bakı sakini Pərviz Quliyev "VAZ- 2107" markalı avtomaşını idarə edərkən onu qarşıda gedən, Bakı sakini İslam Ələkbərovun "Dewoo-Nexia" markalı avtomaşınına vurub. Ələkbərov idarəetməni itirərək avtomaşını yolun kənarında dayanan qaldırıcı krana vurub. Nəticədə Ələkbərov və onun sərnişinləri, arvadı Sevil, oğlu Miribrahim və qızı Könül hadisə yerində ölüb, xəsarət almış digər qızı Günay isə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağırdır.

Faktla bağlı Əzizbəyov Rayon Polis İdarəsi tərəfindən araşdırmalar aparılır. Araşdırma başa çatdıqdan sonra faktla bağlı cinayət işinin açılıb-açılmayacağı müəyyənləşdiriləcək.

Xəbər lenti

Xəbər lenti