...

Azərbaycan və Gürcüstanın sərhəd xidmətləri sərhəddə çobanın öldürülməsi işi üzrə istintaqa başlayıblar

Hadisə Materials 27 Avqust 2007 18:29 (UTC +04:00)
Azərbaycan və Gürcüstanın sərhəd xidmətləri sərhəddə çobanın öldürülməsi işi üzrə istintaqa başlayıblar

Gürcüstan, Tiflis/ Trend müxbir N.Kirtsxalia/ Azərbaycan və Gürcüstanın sərhəd xidmətləri Azərbaycan-Gürcüstan sərhədində çonbanın öldürülməsi işi üzrə istintaqa başlayıblar.

Bu gün Gürcüstan-Azərbaycan sərhədində, "Qırmızı körpü" buraxılış məntəqsinin yaxınlığında azərbaycanlıların kompakt yaşadığı Gürcüstanın Marneuli rayonunun sakini, 34 yaşlı Elmixan Nəsibov güllələnib. Nəsibov yerindəcə keçinib.

Kvemo Kartli regionunun silahlı qüvvələrindən Trend ə bildiriblər ki, Gürcüstan vətəndaşı Emixan Nəsibov bu gün sərhədin yaxınlığında mal-qara otararkən səhər saat 8-də Azərbaycan tərəfdən bir neçə atəş açılıb.

Güllələrdən biri Nəsibovun boynuna, digəri isə əlinə dəyib. Çobanın mal-qaranı Azərbaycan-Gürcüstan sərhəd postları arasında otardığı artıq müəyyən olunub. İstintaq hələ ki, Nəsibovun Azərbaycanla sərhədi pozmasını təsdiqləyə bilmir.

İlkin tədqiqat Kvemo Kartli regionunun polisi tərəfindən aparılıb, güllələr hadisə yerindən götürülüb. Nəsibovun ailəsi məhkəmə tibbi ekspertizasının aparılmasından imtina edib.

"Hazırda istintaqın kimin tabeliyinə verilməsi məsələsi həll olunur, belə ki, sərhəddə baş verən hadisə istintaqı aparan tərəfdən daha yüksək səriştə tələb edir", - deyə Gürcüstanın güc qurumlarındakı mənbə Trend ə bildirib.

O, birgə istintaqın iki ölkənin sərhəd xidmətləri tərəfindən aparılacağını istisna etməyib.

Faktı Azərbaycanın Qazax rayon prokurorluğunda təsdiq ediblər. Prokurorluqdan bildiriblər ki, bu işin açılması ilə hərbi prokurorluq məşğuldur. Hərbi prokurorluqdan məlumat almaq isə hələ ki mümkün olmayıb.

Xəbər lenti

Xəbər lenti