...

Bakıda binanın uçması nəticəsində yaralananların adları açıqlanıb (video)

Hadisə Materials 29 Avqust 2007 10:43 (UTC +04:00)
Bakıda binanın uçması nəticəsində yaralananların adları açıqlanıb (video)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Bakıda inşa edilən 16 mərtəbəli binanın uçması nəticəsində zərərçəkən dörd nəfər fəhlə Musa Nağıyev adına təcili yardım xəstəxanasına çatdırılıb.

Xəstəxanada olan Trend in müxbirinin bildirdiyinə görə, Astara rayonu Ərçivan kənd sakini 24 yaşlı Axundov Əvəz Bəkirxan oğluna kəllə-beyin travması diaqnozu qoyulub. Analoji diaqnoz həmin kəndin digər sakini Nəzərov Ramin Tərlan oğluna qoyulub. Əliyev Rauf Bahadır oğlu isə xəstəxanaya bədən xəsarətləri ilə çatdırılıb.

Daha bir fəhlə (adı bəlli deyil) ilk tibbi yardım göstərildikdən sonra xəstəxanadan evə buraxılıb.

Çərşənbə axşamı saat 17.00 radələrində "Mütəfəkkir" şirkətinin inşa etdirdiyi bina uçub. Şirkətin rəhbəri Əsgər Əliyev Azərbaycanın Cinayət Məcəlləsinin 222-ci maddəsi (tikinti, mədən işləri və digər işlərin aparılması zamanı təhlükəsizlik qaydalarını pozma) ilə həbs olunub.

Hazırda Azərbaycanın güc strukturlarının başçıları hadisə yerindədir.

Axtarış tədbirləri davam etdirilir.

Xəbər lenti

Xəbər lenti